BAKI, 8 may. TELEQRAF
Xalq artisti Akif İslamzadə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.
Bu barədə Teleqraf-a Xalq artistinin oğlu Ayxan İslamzadə məlumat verib.
O bildirib ki, atası yarım saat əvvəl ürək əməliyyatı keçirib: “Atamın ürəyinə stent qoyulub. Hazırda reanimasiyadadır. Bu gün qəfil vəziyyəti pisləşdi və təcili yardımla xəstəxanaya yerləşdirildi”.
Qeyd edək ki, Akif İslamzadənin 77 yaşı var.