Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Heyvan balaları doğulan kimi ayağa qalxıb qaçdığı halda, insan körpələrinin aylarla yardıma möhtac qalması hər kəsi düşündürən suallardan biridir. Elm adamları bu vəziyyətin sadəcə zəiflik deyil, insanın sağ qalması üçün zəruri olan təkamül strategiyası olduğunu bildirirlər.Demokrat.az xəbər verir ki, aparılan araşdırmalar insan körpələrinin bu qədər müdafiəsiz doğulmasının kökündə iki əsas səbəbin dayandığını üzə çıxarıb. Milyonlarla il əvvəl insanların iki ayaq üzərində gəzməyə başlaması çanaq sümüklərinin daralmasına səbəb olub. Eyni zamanda insan beyninin böyüməsi körpələrin kəllə quruluşunu da böyüdüb. Bu vəziyyət elm dünyasında "doğum ikiləmi" adlanır: böyük beyinli körpənin daralmış doğum kanalından keçməsi üçün o, inkişafını tamamlamadan dünyaya gəlməlidir.Məsələ yalnız sümük quruluşu ilə bitmir. PNAS jurnalında dərc olunan tədqiqat göstərir ki, hamiləliyin son aylarında ananın maddələr mübadiləsi həddindən artıq yük altında çalışır. Körpənin, xüsusən də beyninin enerji tələbatı o qədər sürətlə artır ki, ana bədəni müəyyən nöqtədən sonra bu enerjini təmin edə bilmir. Nəticədə həm ananın, həm də körpənin həyatını qorumaq üçün doğum prosesi başlayır.
İnsan körpələrinin doğulandan sonra uzun müddət baxıma ehtiyac duyması əslində üstünlükdür. Beyin inkişafının böyük hissəsinin ana bətnindən kənarda, xarici dünya ilə təmasda baş verməsi öyrənmə, dil mənimsəmə və sosial əlaqələr qurma qabiliyyətini artırır. Bu asılılıq dövrü həm də insanların birgə yaşamasını, ailə bağlarını və mürəkkəb cəmiyyətlərin qurulmasını təmin edən əsas amilə çevrilib.Yəni, körpələrin doğulanda aciz olması onların gələcəkdə daha ağıllı və sosial varlıq kimi yetişməsi üçün təbiətin tapdığı unikal həlldir.İsmayıl
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.