Oxumeni.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya dronlarının Latviyanın hava səmasını pozması ilə bağlı Riqa M0skvaya etiraz notası verib
7 mayda bir neçə dron Rusiya hava məkanından Latviya ərazisinə, Rezekne, Balvi və Ludza bələdiyyələri üzərindən uçub. Latviya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb və etiraz notası təqdim edib. Bu barədə Oxuməni.az Latviya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Bir neçə dron Rusiyadan Latviya hava məkanına daxil olub və Latqale bölgəsindəki Rezekne, Balvi və Ludza bələdiyyələri üzərindən uçub. Bununla bağlı Latviya Xarici İşlər Nazirliyi dərhal Rusiya səfirliyinin nümayəndəsini çağırıb.
Riqa vurğulayıb: Latviya heç vaxt Rusiyadakı hədəflərə qarşı dronlar atmaq üçün hava məkanından istifadə etməyə icazə verməyib.
Latviya həmçinin Rusiyanın 9 mayda Kiyevə kütləvi hücum etmək barədə açıq təhdidlərini, o cümlədən Ukrayna paytaxtındakı xarici səfirliklərə qarşı təhdidləri pisləyib.
Xarici İşlər Nazirliyi təcavüzü dayandırmaq və Rusiya qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış bütün ərazisindən çıxarmaq tələbini təkrarlayıb.
Daha əvvəl Rusiyanın Kremlə hücum qorxusu səbəbindən may bayramları üçün tam rabitə məhdudiyyətləri hazırladığı barədə məlumatlar yayılmışdı. Moskva interneti bağlamağı, bankomatları bloklamağı və səmanı mülki aviasiya üçün tamamilə bağlamağı planlaşdırırdı.
Əziz MUSTAFA
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.