AZ

Hər evdə olan bu vasitələr xərçəngə səbəb olur Canan Karatay

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Məşhur professor Canan Karatay qatıldığı televiziya proqramında xərçəng riskini artıran amillərlə bağlı sarsıdıcı açıqlamalar verib. O, mətbəxdən vanna otağına qədər hər yerdə istifadə edilən təmizlik vasitələrinin bədəndə "ağır metal" bombasına çevrildiyini bildirib.Demokrat.az xəbər verir ki, o xüsusilə süd vəzisi xərçənginin artmasında kimyəvi yuyucu vasitələrin (deterjanların) böyük rolu olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məhsulların tərkibindəki ağır metallar hüceyrələrə nüfuz edərək bədəni zəhərləyir. Professor paketlənmiş kimyəvi maddələr yerinə, ev təmizliyində soda və sirkədən istifadə etməyi tövsiyə edib.Canan Karatay yay mövsümü öncəsi günəş kremləri ilə bağlı da xəbərdarlıq edərək, bu kremlərin qaraciyəri sıradan çıxardığını iddia edib. "Dərinizə vurduğunuz hər şey qana qarışır. İçə bilmədiyiniz heç bir şeyi dərinizə vurmayın" deyən həkim, günəşdən qorunmaq və qaralmaq üçün təbii zeytun yağından istifadənin tərəfdarı olduğunu bildirib. Professor həmçinin son vaxtlar populyarlaşan arıqlama iynələrinin və mədə qoruyucu dərmanların daxili orqanları, xüsusən də beyni və böyrəkləri məhv etdiyini qeyd edib.Sağlam qidalanma mövzusuna da toxunan Canan Karatay gündə üç pay yeməyin xəstəliklərə yol açdığını, ən ideal variantın iki dəfə qidalanma olduğunu deyib. O, səhərlər acqarına zeytun yağı içməyin bağırsaq problemlərini həll etdiyini və qanı laxtalanmadan qoruduğunu vurğulayıb.Yəni, evdəki kimyəvi təmizlik vasitələri və süni qidalar xərçəng riskini artırır, buna görə də təbii üsullara və az yeməyə üstünlük verilməlidir.Aytən

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
demokrat.az

1Mənbələr