AZ

Azərbaycanı 9 taekvondoçu təmsil edəcək

Ajans.az Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Münxendə təşkil olunacaq turnirdə ölkəmizi 9 idmançı təmsil edəcək.

Kişilərin mübarizəsində Səyyad Dadaşov (54 kiloqram), Qaşım Maqomedov (58 kiloqram), Fuad Məhərrəmli (63 kiloqram), Riyad Şirəliyev (68 kiloqram), Cavad Ağayev (74 kiloqram) və Elcan Əliyev (80 kiloqram), qadınlar arasında isə Minayə Əkbərova (46 kiloqram), Səmərrux Osmanova (49 kiloqram) və Məryəm Məmmədova (53 kiloqram) dayanq üzərinə çıxacaqlar.

Seçilən
20
6
Ajans.az

7Mənbələr