AZ

Kuba Prezidenti: ABŞ ın yeni sanksiyaları ölkədəki mürəkkəb vəziyyəti daha da ağırlaşdırır

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ administrasiyasının 7 may tarixində Kubaya qarşı tətbiq etdiyi yeni iqtisadi sanksiyalar ölkədəki artıq mürəkkəb vəziyyəti daha da pisləşdirir.

Bizimyol.info xəbər verir ki, bunu Karib hövzəsi ölkəsinin prezidenti Miqel Dias-Kanel bildirib.

“Bu gün (7 may) elan olunan əlavə iqtisadi sanksiyalar, ölkəmizin qarşı-qarşıya olduğu mürəkkəb vəziyyəti daha da ağırlaşdırır və eyni zamanda vətəni, inqilabı və sosializmi qorumaq əzmkarlığımızı gücləndirir”, - deyə Dias-Kanel "X" sosial şəbəkəsində yazıb.

“Bizim xalq artıq ABŞ hökumətinin bu hərəkətlərinin amansızlığını və bizə qarşı yönələ biləcək qəzəbin miqyasını yaxşı bilir. Bütün dünya kimi biz də anlayırıq ki, bu, sadəcə öz taleyini sülh içində idarə etmək istəyən bir millətə qarşı birtərəfli təcavüzdür”, - deyə Prezident qeyd edib.

7 may tarixində ABŞ Kubada iqtisadiyyatın təxminən 40%-nə nəzarət etdiyi hesab olunan GAESA konsorsiumuna, onun rəhbərliyinə və ada dövlətindəki birgə nikel müəssisələrinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio məlumat verib.

O bildirib ki, bu məhdudiyyətlər ABŞ prezidenti Donald Trampın 1 may tarixində imzaladığı Kubaya qarşı birtərəfli sanksiya rejimini kəskinləşdirmə fərmanına əsasən tətbiq edilir. Fərmanda ABŞ-ın Kübaya qarşı sanksiyalarının eksteritoriya xarakteri qismində genişlənməsi nəzərdə tutulur və məhdudiyyətlərin üçüncü ölkələrə də təsir edə biləcəyi açıq şəkildə göstərilir.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
22
bizimyol.info

1Mənbələr