sport24.az saytından alınan məlumata görə, ain.az bildirir.
"Real"ın müdafiəçisi David Alaba "Yuventus"a təklif olunub. Sport24.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, avstriyalı futbolçunun agenti Pini Zahavi bir neçə həftədir ki, İtaliyadadır və 33 yaşlı avstriyalı futbolçunun transferi ilə bağlı "Yuventus"la ilkin danışıqları müsbət olub.
O da bildirilir ki, razılaşma əldə etmək üçün Alaba maaşını azalmasına məcbur olub. Futbolçu "Real"da mövsümə 10 milyon avro məvacib alır.
Qeyd edək ki, Alabanın "Real" ilə müqaviləsi cari mövsümün sonunda başa çatır və yenilənməyəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.