AZ

Misli Premyer Liqası: Çempion Kəpəz ə qarşı

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Misli Premyer Liqasında XXXI tura start verilir.Demokrat.az xəbər verir ki, ilk oyun günü iki qarşılaşma keçiriləcək.Günün ilk matçında "İmişli" "Zirə"ni qəbul edəcək. Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti 16:30-da səslənəcək. Matçın baş hakimi Kamranbəy Rəhimov olacaq.Hazırda "İmişli" 32 xalla turnir cədvəlinin 9-cu, "Zirə" isə 49 xalla 5-ci pilləsində qərarlaşıb.Günün ikinci matçında isə "Sabah" və "Kəpəz" komandaları üz-üzə gələcək. "Bank Respublika Arena"da keçiriləcək görüş saat 19:30-da başlayacaq.Qeyd edək ki, "Sabah" 75 xalla çempionatın lideri, "Kəpəz" isə 24 xalla sonuncu - 10-cu pillədədir.8 may16:30, "İmişli"- "Zirə"Hakimlər: Kamranbəy Rəhimov, Kamran Bayramov, Mirnihat Seyidov, Emin ƏliyevVAR: Rauf CabarovAVAR: Cəmil QuliyevHakim-inspektor: Orxan MəmmədovAFFA nümayəndəsi: Nəriman AxundovMəkan: Quba OİK stadionu.19:30, "Sabah" - "Kəpəz"Hakimlər: Elvin Bayramov, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran ƏliyevVAR: Fərid HacıyevAVAR: Teymur TeymurovHakim-inspektor: Rəhim HəsənovAFFA nümayəndəsi: Kifayət MustafayevaMəkan: "Bank Respublika Arena".Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
3
demokrat.az

3Mənbələr