AZ

Maaşlarla bağlı şad xəbər: prosesə start verilir 2 ay ərzində… KONKRET

Konkret.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycanda həm dövlət, həm özəl sektorda çalışan şəxslər maaşlarını istədikləri bankdan ala biləcəklər. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, yaxın 2-3 ay ərzində əməkhaqqının liberallaşdırılması mərhələsinə start verilə bilər.

Prosesin məqsədi nədir? Bu, işçilərə hansı üstünlükləri verəcək?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki, bu proses muzdlu çalışanların həm büdcələrinə, həm də vaxtlarına qənaət etməsinə imkan yaradacaq:

“Belə ki, əvvəlki qaydalara əsasən əməkdaşlar maaş kartını yalnız müəssisənin əməkdaşlıq etdiyi bankdan əldə edə bilirdilərsə, indi seçim sərbəst olacaq. Əməkdaşlar özlərinə yaxın və ya daha uyğun hesab etdikləri bankda kart açaraq maaşlarını həmin hesaba köçürə biləcəklər. Bu dəyişiklik işçilərin vaxt və xərclərini daha səmərəli idarə etməsinə şərait yaradacaq”.

İqtisadçı bildirib ki, bu addım banklar arasında rəqabəti də gücləndirəcək:

“Əvvəllər müəssisələr əsasən məhdud sayda bankla əməkdaşlıq etdiyi halda, indi bütün banklar əməkhaqqı əməliyyatlarında iştirak etmək imkanı qazanacaq. Bu isə onların xidmət imkanlarını genişləndirəcək. Eyni zamanda, bankomat və filial şəbəkələrinin genişlənməsinə şərait yaranacaq ki, bu da bank sektorunun daha da şaxələnməsinə, bank xidmətlərinin əlçatanlığının artmasına və vətəndaşların xidmətlərdən daha rahat istifadə etməsinə imkan verəcək”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
konkret.az

2Mənbələr