AZ

ABŞ-da aliment borcu olanlara qarşı sərt addım: Bu gündən etibarən...

Bu gündən etribarən ABŞ Dövlət Departamenti böyük məbləğdə aliment borcu olan vətəndaşların pasportlarını ləğv etməyə başlayacaq.

Musavat.com xəbər verir ki, məlumat Departamentin Associated Press (AP) agentliyinə verdiyi açıqlamada yer alıb. Bildirilir ki, ilk dəfə olaraq tədbir yalnız yeniləmə müraciətlərinə deyil, həm də mövcud pasportlara da şamil ediləcək.

Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HHS) məlumatına görə, proqram əvvəlcə borcu 100.000 dolları keçən təxminən 2700 şəxsə şamil ediləcək. Mexanizm sonradan 2500 dolları keçən borcu olan bütün valideynlər əhatə edəcək - bu, uzun müddətdir əsasən tətbiq olunmayan 1996-cı il federal qanunu ilə müəyyən edilmiş həddir.

HHS hazırda dövlət qurumlarından məlumat toplayır, buna görə də müəyyən edilmiş həddən yuxarı borcu olan vətəndaşların dəqiq sayı məlum deyil. Departament bunun "minlərlə" pasport sahibini əhatə edə biləcəyini gözləyir.

Dövlət katibinin konsulluq məsələləri üzrə köməkçisi Maura Namdar bildirib ki, proqramın genişləndirilməsi uşaq alimenti yığımını artırmaq məqsədi daşıyır: "Bu proqram effektiv olduğunu sübut etdi: borc ödənildikdən sonra vətəndaşlar yenidən ABŞ pasportuna sahib olmaq imtiyazından yararlana biləcəklər".

Dövlət Departamentinin məlumatına görə, fevral ayında proqramın planlaşdırılan genişləndirilməsi barədə məlumat açıqlanandan bəri yüzlərlə valideyn dövlət orqanlarına olan borclarını ödəyib. Departament birbaşa səbəb-nəticə əlaqəsini təsdiqləyə bilmədiyini vurğulayır, lakin pasportun ləğvini təsirli bir vasitə hesab edir. Proqramın 1998-ci ildə başlamasından bəri ştatlar təxminən 657 milyon dollarlıq gecikmiş ödənişlər toplayıblar, o cümlədən son beş ildə 156 milyon dollardan çox birdəfəlik ödənişlər.

Pasportları ləğv edilən vətəndaşlara pasportlarından səyahət üçün istifadə edə bilməyəcəkləri barədə bildiriş göndəriləcək. Yeni pasport almaq üçün borcun tam ödənilməsinin sübutu tələb olunacaq. Xaricdə olanlara ölkəyə qayıtmaq üçün ABŞ səfirliyində və ya konsulluğunda təcili səyahət sənədi veriləcək. 

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr