“Forbes” jurnalı “Philip Morris International”ı (PMI) 2026-cı il üzrə “Net Zero Leaders” (“Xalis Sıfır Liderləri”) siyahısına daxil edib. Şirkət karbon emissiyalarının azaldılması istiqamətində əldə etdiyi nəticələrə görə ardıcıl dördüncü ildir siyahıda yer alır.
PMI sürətlə satılan istehlak malları (FMCG) kateqoriyasında birinci, ümumi reytinqdə isə dördüncü yerdə qərarlaşıb və ilk onluğa düşən yeganə FMCG şirkəti olub.
“Forbes” şirkətləri idarəetmə, risklərin idarə olunması, strategiya, dekarbonizasiya göstəriciləri və maliyyə dayanıqlılığı əsasında qiymətləndirib.
PMI bildirib ki, şirkət 2025-ci ildə təqdim etdiyi “İqlimə Keçid Planı”na uyğun olaraq 2040-cı ilə qədər xalis sıfır emissiyaya nail olmağı hədəfləyir.
“Philip Morris Azerbaijan”ın direktoru İqor Nikonenko deyib ki, şirkətin “Forbes” siyahısına daxil edilməsi onun qlobal transformasiyasını və ekoloji təsirin azaldılması istiqamətində fəaliyyətini əks etdirir.
Onun sözlərinə görə, Azərbaycanda şirkətin fəaliyyəti innovativ tüstüsüz məhsulların məsuliyyətli kommersiyalaşdırılması yolu ilə alternativ məhsullara keçidin sürətləndirilməsinə yönəlib.
PMI son bir ildə “Dəyər Planı 2030+” proqramını işə salıb, yenilənmiş “İqlimə Keçid Planı”nı təqdim edib və elmi əsaslı dekarbonizasiya hədəfləri üzrə irəliləyişini davam etdirib.
Philip Morris International tüstüsüz məhsullara 16 milyard dollardan çox investisiya yatırıb
Philip Morris International (PMI) tüstüsüz məhsulların hazırlanması və kommersiyalaşdırılmasına 2008-ci ildən bəri 16 milyard ABŞ dollarından çox investisiya yatırdığını açıqlayıb.
Şirkət bildirib ki, məqsəd uzunmüddətli perspektivdə siqaret satışını tam dayandırmaq və tüstüsüz gələcəyə keçidi sürətləndirməkdir.
PMI-nin məhsul portfeli siqaretlərlə yanaşı qızdırılan tütün məhsulları, nikotin paketləri və elektron buxar məhsullarını əhatə edir.
Şirkətin məlumatına görə, tüstüsüz məhsullar hazırda 105-dən çox bazarda satılır və 2025-ci ilin sonuna dünya üzrə 43 milyondan çox yetkin istehlakçı tərəfindən istifadə olunub. Tüstüsüz məhsullar 2026-cı ilin ilk rübündə PMI-nin ümumi xalis gəlirlərinin 43%-ni təşkil edib.
PMI qeyd edib ki, ABŞ Qida və Dərman Administrasiyası (FDA) şirkətin IQOS cihazları və bəzi digər məhsullarının marketinqinə icazə verib. IQOS və “General snus” məhsulları həmçinin FDA tərəfindən “Dəyişdirilmiş Riskli Tütün Məhsulu” statusu alan ilk məhsullar olub.
Şirkət uzunmüddətli perspektivdə sağlamlıq və rifah sahələrinə genişlənməyi planlaşdırdığını bildirib.
Philip Morris International-ın Azərbaycandakı filialı 2024-cü ilin avqustunda fəaliyyətə başlayıb. Hazırda IQOS cihazları və istehlak məhsulları Azərbaycan bazarında təqdim olunur.