AZ

"Qalatasaray" Arda Turanı gətirir? - Özü açıqladı

UEFA Konfrans Liqasının yarımfinalında "Kristal Palas"a yenilərək mübarizəni dayandıran "Şaxtyor Donetsk"in baş məşqçisi Arda Turan oyunsonrası maraqlı açıqlaması ilə diqqət çəkib.

Fanat.Az xəbər verir ki, Ukrayna klubunun mətbuat xidməti türkiyəli mütəxəssisin "Qalatasaray"dan təklif alıb-almaması ilə bağlı suala cavabını belə çatdırıb: 

"Qalatasaray" mənimlə maraqlanır? Bu barədə danışarkən özümü rahat hiss etmirəm. Çünki mən bir "Qalatasaray"lıyam. Onların hazırda əla məşqçisi var - tarix yazan məşqçi. Ailəm və mən həmişə onu dəstəkləyirik, ağlımıza belə bir şey gəlməyib. Düşünürəm ki, o, hazırda "Qalatasaray" üçün ən yaxşı seçimdir.
"Şaxtyor" "Eyüpspor"da işlədikdən sonra mənə bu imkanı verdi. Mən pul haqqında düşünən və ona əsaslanaraq qərar verən insan deyiləm. Həyatımda heç vaxt belə etməmişəm. Hazırda özümü bütün qəlbim və ağlımla "Şaxtyor"a həsr etmişəm. "Şaxtyor"un formasına, eləcə də mənə bu komandanı çalışdırmaq şansını verən Rinat Axmetova, Sergiy Palkinə və Dario Srnaya minnətdaram. Peşəkar həyatda hər şeyin necə olacağını heç vaxt bilmirsən. Amma mən bu klubu sevirəm, onun gələcəyi ilə bağlı böyük xəyallarım var. Mənə bu şansı versələr, həyatımda heç vaxt "Şaxtyor"dan üz döndərmərəm". 

"Şaxtyor" 26 turdan sonra 63 xalla Ukrayna çempionatına liderlik edir. Ardanın komandası həftəsonu "Poltava" səfərindən qalib dönsə, son üç turun nəticəsindən asılı olmayaraq, çempionluğunu bayram edəcək. "Mədənçilər" hazırda ən yaxın izləyicisini 10 xal qabaqlayır.

Mirağa

Seçilən
2
1
fanat.az

2Mənbələr