AZ

Avtomobillərin icbari sığortası üzrə yığımlar 41 mln. manata yaxınlaşıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-mart aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 40 mln. 728 min manat olub. 

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, yığımlar 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2 milyon 198 min manat və ya 29.1% artıb.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə illik müqayisədə 31.6% və ya 8 milyon 850 min manat artaraq 36 mln. 870 min manata yüksəlib. 

Qeyd edək ki, 2025-ci ilin eyni dövründə bu sığorta üzrə yığımların məbləği 38 mln. 530 min manat, ödənişlərin məbləği isə 28 milyon 20 min manat olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
13
1
banco.az

2Mənbələr