AZ

Cəfərquliyev: “Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik”

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev UEFA Millətlər Liqasında sabah Slovakiyaya qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

Futbolpress.az xəbər verir ki, müdafiəçi matçla bağlı fikirlərini bildirib:

“Oyuna çox ciddi hazırlaşmışıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, azarkeşləri sevindirə biləcəyik. Estoniya ilə oyundan sonra təhlillər apardıq və səhvlərimizi gördük. Bunları aradan qaldırmağa çalışacağıq”. 

Sabah keçiriləcək Azərbaycan – Slovakiya oyununa saat 20:00-da start veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
futbolpress.az

1Mənbələr