AZ

Koul Palmer Çelsi ni bu kluba dəyişmək istəyir

sport24.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer "Mançester Yunayted"ə keçməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

Mənbənin sözlərinə görə, 24 yaşlı ingilis hələ ötən ilin yayında "Mançester Yunayted"ə qayıtmaq istəyib. Mançester klubu yenidən maraq göstərəcəyi halda futbolçu danışıqlar açıqdır. 

Bir müddət əvvəl mətbuatda Palmerin Mançester üçün darıxdığı barədə xəbərlər yayılıb. "Mançester Siti"nin yetirməsi olan oyunçu 2023-cü ilin sentyabrında "Çelsi"yə qoşulub.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 27 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
sport24.az

1Mənbələr