AZ

Avropada uşaqları alınan valideynlər məhkəməni uddu Foto

ain.az bildirir, Bakupost portalına istinadən.

Fransadan Azərbaycana qayıdarkən uşaqları əllərindən alınan Quliyev Məhəmməd və Abdullayeva Gültac övladlarını geri alıblar.

Bakupost.az xəbər verir ki, bu barədə vəkil Elvin Cəbrayıl sosial şəbəkədə paylaşım edib.

Həmin paylaşımı təqdim edirik:

Xatırladaq ki, ötən ilin avqustun 6-da Fransanı tərk etmək istəyən ailə bu ölkənin sərhəd polisi tərəfindən saxlanılmış, uşaqları isə müvəqqəti sığınacağa yerləşdirilmişdi. Fransa polisinin bu addımı Almaniya məhkəməsinin uşaqların qəyyumluğunun valideynlərdən alınması barədə qərarı ilə əsaslandırılmışdı.

Valideynlərin sözlərinə görə, Almaniyada belə bir qərarın verilməsinə səbəb ikinci uşaqları doğulduqdan sonra xəstəxana əməkdaşlarının əsassız şikayətləri olub.

Lalə Novruz, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
www.bakupost.az

1Mənbələr