ain.az xəbər verir, sport24.az saytına əsaslanaraq.
"Brayton" rəhbərliyi baş məşqçi Fabian Hürzelerlə bağlı qəti qərarını verib. Premyer Liqa təmsilçisi alman mütəxəssislə olan mövcud sözləşmənin müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.Mənbənin sözlərinə görə, 33 yaşlı çalışdırıcı ilə 2029-cu ilin yayına qədər nəzərdə tutulan yeni üçillik müqavilə imzalanıb. Xatırladaq ki, Fabian Hürzeler 2024-cü ilin yayında "Sankt-Pauli"dən "Brayton"a keçərkən Premyer Liqa tarixinə düşmüşdü. O, 31 yaşında bu posta təyin olunmaqla turnir tarixinin ən gənc baş məşqçisi olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.