Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.
Yüksək intellekt insanı avtomatik olaraq yaxşı biri etmir. Eyni zamanda, hər ağılsız insan da pis niyyətli olmur. Lakin qarşı tərəfin şəxsi keyfiyyətlərindən asılı olmayaraq, onun dünyanı nə dərəcədə adekvat qəbul etdiyini anlamaq vacibdir.Demokrat.az xəbər verir ki, psixoloq Mariyelisa Reyes “YourTango” nəşri üçün yazdığı müəllif məqaləsində insanın aşağı intellekt səviyyəsinə işarə edə biləcək tipik ifadələrin siyahısını təqdim edib. Müəllif vurğulayıb ki, bu ifadələr ilk növbədə insanın, xüsusilə öz davranışını analiz edərkən, tənqidi düşüncə bacarıqlarının zəif olduğunu göstərir.Yüksək intellekt səviyyəsinin olmadığını göstərə biləcək 10 tipik ifadə:“Mən bunu sosial şəbəkədə görmüşəm”Müəllif yazır ki, mənbələri yoxlamadan sosial şəbəkələrdəki məlumatlara həddindən artıq inanmaq səthi düşüncənin əlaməti ola bilər.“Bunun nə fərqi var ki?”Məqalədə qeyd olunur ki, bu ifadə çox vaxt başqasının mövqeyini və ya hisslərini anlamaq istəməməkdən xəbər verir. Müəllifə görə, yüksək intellektə malik insanlar razılaşmasalar belə, həmsöhbəti dinləməyə çalışırlar.“Mənim bu barədə düşünməyə ehtiyacım yoxdur, sadəcə bilirəm”Müəllif bildirir ki, vəziyyəti analiz etmədən öz fikirlərinə həddindən artıq əmin olmaq güclü xarakterdən yox, düşüncəsizlikdən xəbər verə bilər.“Bu axı açıq-aşkardır!”Nəşr yazır ki, insanlar tez-tez öz anlayışlarını həddindən artıq qiymətləndirir və başqaları üçün bəzi məsələlərin o qədər də aydın olmaya biləcəyini nəzərə almırlar.“Mənə fərqi yoxdur, bu doğrudur, ya yox”Xoşagəlməz həqiqəti qəbul etmək istəməmək və yeni informasiyaya qapalı olmaq çox vaxt aşağı intellekt səviyyəsinə işarə edir.“Mən həmişə belə olmuşam”Müəllifin sözlərinə görə, insanlar bu ifadədən tez-tez toksik və ya problemli davranışlarına bəraət qazandırmaq üçün istifadə edirlər. Məqalədə dəyişə bilmək və səhvləri qəbul etməyin yetkinlik əlaməti olduğu vurğulanır.“Mənim bu barədə düşünməyə vaxtım yoxdur”Yazıda qeyd olunur ki, mürəkkəb mövzulardan və ya emosiyalardan qaçmaq şəxsi inkişaf üçün faydalı deyil. Özünü analiz etməyi bacaran insanlar xoşagəlməz düşüncələri görməzdən gəlmir, onları anlamağa çalışırlar.“Bunlar sadəcə heytərlərdir”Nəşr diqqətə çatdırır ki, hər tənqid nifrət və ya paxıllıq demək deyil. İnsan tənqidi qəbul etmirsə və hər şeyi “heytərlər”lə izah edirsə, bu, yüksək intellekt göstəricisi sayılmır.“Amma mənə kömək edib axı”Müəllif yazır ki, insanlar çox vaxt şəxsi təcrübələrinin universal olmadığını unudurlar və müəyyən nəticənin mütləq həmin hərəkətlərin nəticəsi olduğunu düşünürlər.“Mən heç nə izah etməyə borclu deyiləm”Məqalədə vurğulanır ki, öz hərəkətlərini izah etmək istəməmək rasional arqumentlərin və ya həmsöhbətə elementar hörmətin çatışmazlığından xəbər verə bilər.Jalə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.