AZ

"Ümid edirik ki, finala hakimin hansısa səhvi təsir etməyəcək" - Orxan Məmmədov

style='margin-bottom:10px;'>

"Çox gözəl matç alındı. Əsas Ulu Öndərin xatirəsidir. Dövlət qurumları arasında keçirilən 4-cü minifutbol turnirinin finalı ərəfəsində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş belə oyunun keçirilməsi çox xoş oldu. Gərgin və maraqlı qarşılaşma alındı. Hesab 6:6 oldu. Futbolsevərlər üçün maraqlı bir matç keçdi”.

QOL.az saytına açıqlamasında bu sözləri Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri, Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov bu gün Ulu Öndər Heydər Əliyevin 103 illiyinə həsr olunmuş hökumət və Milli Məclis üzvləri arasında keçirilən yoldaşlıq oyunu barədə danışarkən deyib.

Eyni zamanda “Zirə” futbol klubunun İdarə Heyətinin sədri olan O.Məmmədov ölkə kubokunun finalı barədə da danışıb: “Final üçün futbolçularımızın motivasiyası ən yüksək səviyyədədir. Artıq tariximizdə üçüncü dəfə kubokda final oynayacağıq. Təcrübəmiz var. “Sabah”ın gücü bəllidir. Bu il ölkə çempionu oldular. Əminəm ki, final matçı da gərgin mübarizə şəraitində keçəcək. Çempionatda son oyunumuz heç-heçə bitdi. Komandamız bu dəfə də “Sabah”a qarşı döyüşəcək”.

Orxan Məmmədov son zamanlar tez-tez yaşanan hakim səhvlərinin finaldan yan keçəcəyinə ümid etdiyini vurğulayıb: “Hakimlik haqqında danışmaq artıq gecdir. Ölkə çempionu bəllidir. Biz ümid edirik ki, finala hakimin hansısa səhvi təsir etməyəcək. Ümumən hakimlikdən danışsaq, son dönəmlərdə müəyyən şeylər baş verir. İstəməzdim finalda da nəsə olsun. Biz bilməliyk ki, hakimlər də insandır, onlar da səhv edə bilər. Amma bu səhvlər mütəmadi hal alanda azarkeşlərdə müəyyən narazılıqlar yaranır. Əminəm ki, finalda hər hansı narazılıq olmayacaq”.

Seçilən
1
1
teleqraf.com

2Mənbələr