ain.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Turan Tovuz" Ayxan Hüseynova yeni müqavilə təklif edib. Sport24.az-ın əldə etdiyi məlumata görə, 26 yaşlı cinah oyunçusu hələlik yekun qərarını verməkdə tələsmir və digər təklifləri də nəzərdən keçirir.Millimizin üzvünün qərb təmsilçisi ilə müqaviləsi mövsümün sonunda başa çatır. Baş məşqçi Kurban Berdıyev oyunçunu növbəti mövsümdə də heyətdə görmək istəyir.Ayxan Hüseynov cari mövsüm komandanın aparıcı futbolçularından biridir. O, Misli Premyer Liqasında 29 oyuna çıxıb və 3 qolla yadda qalıb. Yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunda 5 matçda bir qolun da müəllifidir.Qeyd edək ki, Ayxan Hüseynov 2022-ci ildən "Turan Tovuz"un formasını geyinir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.