ABB tərəfindən son 3 ildə süni intellekt modelleri üzrə 12 milyon manat həcmində investisiya yatırılıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov deyib.
Onun sözlərinə görə, bunun müqabilində son 3 ildə 35 milyon manat məbləğində gəlir əldə edilib. Ümumilikdə süni itellekt sahəsinə ayrılan vəsaitlər IT büdcəsinin 20 faizini təşkil edir. Düşünürəm ki, süni intellektin modelleri artdıqca ayrılacaq investisiya məbləğləri də artacaq