AZ

Trampdan Avropa İttifaqına ticarət ultimatumu - 4 iyula qədər vaxtınız var...



ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqına ticarət müqaviləsi öhdəliklərini yerinə yetirmək üçün 4 iyul 2026-cı ilə qədər vaxt verib. Tramp, gömrük vergiləri aradan qaldırılmadığı təqdirdə tariflərin rekord səviyyəyə qaldırılacağını açıqlayıb.

Tramp sosial media hesabında Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenlə danışdığını deyib:

"Şotlandiyanın Ternberri şəhərində imzaladığımız tarixin ən böyük ticarət müqaviləsində Aİ-nin öhdəliklərini yerinə yetirməsini səbirlə gözləyirəm. Aİ-nin müqavilə çərçivəsində öhdəliklərini yerinə yetirəcəyi və razılaşma çərçivəsində tariflərin sıfıra endiriləcəyi sözü verilmişdi. Ölkəmizin qurulmasının 250 illiyinə (4 iyul 2026-cı il) qədər onlara vaxt verməyə razılaşdım, əks halda təəssüf ki, tariflər dərhal daha yüksək səviyyələrə qalxacaq".

ABŞ və AB arasında ötən il əldə edilən ticarət razılaşmasına əsasən, AB ölkələri ABŞ məhsullarına tarif tətbiq etməməyi qəbul edib, ABŞ isə AB-dən gələn məhsullara 15% tarif tətbiq edəcəyini açıqlayıb.

Tramp mayın 1-də ticarət sazişinə əməl edilməməsini əsas gətirərək Aİ-dən gələn minik və yük maşınlarına tətbiq edilən tariflərin 25 faizə qədər artırılacağını açıqlayıb.

Tahir TAĞIYEV

Seçilən
14
baki-xeber.com

1Mənbələr