AZ

Bu bürclər qazanclı olacaq – ADLAR

Bu gün bəzi bürcləri karyera uğurları və maliyyə qazancı gözlədiyi halda, digərlərinə emosional balans və münasibətlərdə diqqətli olmaq tövsiyə 

Sfera.az günün bürc proqnozunu təqdim edir:

Qoç

Bu gün enerjiniz yüksək olacaq. Uzun müddətdir yarımçıq qalan işlərdə irəliləyiş mümkündür. İş həyatında yeni imkanlar yarana bilər.

Buğa

Karyera və maliyyə baxımından uğurlu gün hesab olunur. Vacib qərarlar üçün münasib vaxtdır. Şəxsi münasibətlərdə isə sabitlik ön plana çıxacaq.

Əkizlər

Sosial əlaqələr və ünsiyyət baxımından aktiv gün gözlənilir. Yeni tanışlıqlar və faydalı söhbətlər mümkündür.

Xərçəng

Məsuliyyətlər arta bilər. İş həyatında diqqətli olmaq tövsiyə edilir. Emosional balansı qorumaq vacib olacaq.

Şir

İş yükü artsa da, məhsuldarlığınız yüksək olacaq. Planlı davranış sizə üstünlük qazandıracaq.

Qız

Yaradıcılıq və praktik düşüncə uğur gətirəcək. Özünüzü ifadə etmək və yeni ideyalar təqdim etmək üçün əlverişli gündür.

Tərəzi

Ailə münasibətləri və daxili rahatlıq ön plana çıxacaq. İşdə yaranan gərginlikləri sakit davranışla həll etmək mümkün olacaq.

Əqrəb

Ünsiyyət və təşəbbüs günü olacaq. Yeni əlaqələr və iş görüşləri faydalı nəticələr verə bilər.

Oxatan

Maddi məsələlər və gələcək planlar diqqət mərkəzində olacaq. Astroloqlar tələsik qərarlardan uzaq durmağı tövsiyə edirlər.

Oğlaq

Özünəinam və liderlik qabiliyyətiniz artacaq. İş həyatında mühüm addımlar ata bilərsiniz.

Dolça

Bu gün daha çox daxili düşüncə və sakitlik ehtiyacı hiss edə bilərsiniz. Gələcəklə bağlı planlar qurmaq üçün uyğun gündür.

Balıqlar

Komanda işi və sosial münasibətlər uğur gətirə bilər. Yeni layihələr və planlarla bağlı motivasiya yüksələcək.

DOĞRU.AZ

Seçilən
30
dogru.az

1Mənbələr