AZ

IMO: Fars körfəzində 1500 gəmi və 20 000 dənizçi blokadada qalıb

IMO:

BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbəri bildirib ki, İranın Hörmüz boğazındakı təhdidləri səbəbindən təxminən 1500 gəmi və 20 000 ekipaj üzvü Fars körfəzində blokadada qalıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Iran International" məlumat yayıb.

"Hazırda bizim 20 000-ə yaxın dənizçimiz və 1500-ə yaxın gəmimiz blokadada qalıb", — deyə IMO-nun baş katibi Arsenio Dominqes Panamada keçirilən Amerikalar Dəniz Konvensiyasında bəyan edib.

Dominqes qeyd edib ki, tələyə düşən ekipaj üzvləri "hər gün digər ölkələrin rifahı naminə öz işlərini yerinə yetirən günahsız insanlardır", lakin onlar öz nəzarətləri xaricində olan geosiyasi gərginliyin girovuna çevriliblər.

O bildirib ki, gəmilərə edilən 30-dan çox hücum nəticəsində 10 dənizçi həlak olub. Baş katib şirkətləri yeni itkilərin və iqtisadi zərərlərin qarşısını almaq üçün Fars körfəzinə yeni gəmilər göndərməkdən çəkinməyə çağırıb.

Məryəm Quliyeva

Seçilən
17
1
xalqcebhesi.az

2Mənbələr