ABB BTB Bankın aktivlərinin bir hissəsinin transferi prosesini Mərkəzi Bankın təşəbbüsü və tələbləri əsasında qiymətləndirib.
Bank rəhbərliyinin məlumatına görə, söhbət təxminən 295 milyon manatlıq aktiv portfelindən gedib. Bu portfelə 250-yə yaxın işlək müştəri daxil olub.
Transfer edilən aktivlərin təxminən 70%-i üzrə proses başa çatıb. Qalan hissə əsasən dövlət müqavilələri və texniki prosedurlarla bağlıdır.
ABB-də bildiriblər ki, proses həssas məsələ olduğundan bank, BTB Bank, Mərkəzi Bank və digər aidiyyəti qurumlarla birlikdə diqqətlə hazırlanıb.
Cari hesablar, depozitlər və müddətli depozitlər qısa müddətdə köçürülüb. Ümumilikdə 13 minə yaxın depozit və cari hesab sahibinin vəsaitlərinin transferi təmin edilib.
Bank rəhbərliyi proses zamanı müştərilərdən şikayət daxil olmadığını bildirib.
N.Təbrizli