AZ

Olli Uotkins: Bizi finala aparmaq üçün Emeridən yaxşısı yoxdur

ain.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.

​"Aston Villa"nın hücumçusu Olli Uotkins Avropa Liqasının finalı yolunda baş məşqçi Unay Emerinin rolunu xüsusi qeyd edib. Sport24.az xəbər verir ki, İngiltərə millisinin üzvü "TNT Sports"a açıqlamasında ispan mütəxəssisin işinə yüksək qiymət verib. Uotkins Emerinin təcrübəsinin komanda üçün həlledici olduğunu bildirib:"Bizi bu oyuna hazırlamaq və finala aparmaq üçün ondan daha yaxşı məşqçi yoxdur. Onun karyerası və qazandığı uğurlar hər şeyi özü deyir".Uotkins komandanın ümumi performansından razılığını ifadə edərək, Premyer Liqadakı "Tottenhem" sınağından sonra bütün diqqətin qitə miqyaslı turnirə yönəldiyini deyib:​"Tottenhemlə matçdan sonra hamının fikri yalnız bu oyunda idi. Hər kəs meydanda çox çalışdı. Komandada matçın ən yaxşısını seçmək çətindir, çünki hamımız möhtəşəm idik".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
sport24.az

1Mənbələr