AZ

Bakıda ara məsafəsi saxlamayan sürücü qəzaya səbəb oldu VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Paytaxtın Binəqədi rayonu, 9-cu mikrorayonda yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza mayın 7-də səhər saatlarında Mir Cəlal küçəsində qeydə alınıb. Hərəkətdə olan “VAZ-2107” markalı avtomobil 77-UL-413 dövlət qeydiyyat nişanlı “BYD” markalı nəqliyyat vasitəsinə çırpılıb.

İlkin məlumata əsasən, qəzaya səbəb ara məsafəsini düzgün saxlanılmaması olub. Belə ki, “BYD” markalı avtomobilin sürücüsü piyada keçidindən istifadə edən şəxsə yol vermək üçün sürəti azaltdığı zaman arxadan gələn “VAZ-2107” ona çırpılıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin hər iki avtomobilə maddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
avtosfer.az

1Mənbələr