Azərbaycan Kubokunun 34-cü mövsümünün finalı 31-ci həlledici qarşılaşma olacaq.
Sportal.az xəbər verir ki, bunadək 2001/02 və 2019/20 mövsümləri başa çatdırılmayıb. Baş tutan 31 finaldan biri – 2020/21 mövsümünün matçı koronavirus pandemiyası üzündən tamaşaçısız keçirilib.
30 finalı ümumilikdə 300 minə yaxın – 289 min 463 seyrçi izləyib. Həlledici qarşılaşmaların orta göstəricisi 9649-a bərabərdir.
2009/10 mövsümünün finalını isə rekord sayda 26000 tamaşaçı seyr edib. “Bakı” və “Xəzər Lənkəran” arasında keçirilən görüş ümumiyyətlə daxili yarışlarda qeydə alınan ən yüksək göstəricidir.
mövsüm finalda tamaşaçı
1992 1000
1993 10000
1993/94 1350
1994/95 5000
1995/96 5000
1996/97 5000
1997/98 5500
1998/99 8000
1999/00 6000
2000/01 2000
2001/02 -
2003/04 8000
2004/05 10000
2005/06 6000
2006/07 10000
2007/08 20000
2008/09 10000
2009/10 26000
2010/11 24000
2011/12 4300
2012/13 20000
2013/14 22000
2014/15 4500
2015/16 23000
2016/17 12800
2017/18 4500
2018/19 10000
2019/20 -
2020/21 -
2021/22 3500
2022/23 9000
2023/24 5500
2024/25 7513
saytlarin hazirlanmasi