AZ

Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi

Xanlar Vəliyevin qızı vəzifəyə təyin edildi

“Mərkəzi Nəbatat Bağı”nın İdarə Heyətinin sədrinə yeni müavin təyin olunub.

AFN.az Manset.az-a istinadən xəbər verir ki, müvafiq əmrlə Gülşən Vəliyeva “Mərkəzi Nəbatat Bağı”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə gətirilib.

Qeyd edək ki, Gülşən Vəliyeva Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, hazırda isə Konstitusiya Məhkəməsinin hakimi olan Xanlar Vəliyevin qızıdır.

Xatırladaq ki, Mərkəzi Nəbatat Bağı son dövrlərdə yenidənqurma və struktur islahatları ilə gündəmdədir. Yeni təyinatın qurumun idarəetmə fəaliyyətinin gücləndirilməsinə xidmət edəcəyi gözlənilir.

Seçilən
3
25
afn.az

10Mənbələr