AZ

ŞOK: Ana 22 aylıq oğluna döymə etdirdi

ABŞ-da bir ana 22 aylıq oğluna döymə etdirib, çünki guya bunu o istəyib.

Herbiand.az bildirir ki, bu barədə New York Post qəzeti yazıb.

Məlumata görə, adisə Kentukki ştatında baş verib. Orada 27 yaşlı Bruk Makdenieli uşağa qarşı zorakı davranış səbəbindən saxlayıblar. Polislər onun Montisellodakı evinə gəlib və körpənin sağ qolunda qara nöqtəli döymə görüblər. Ətrafında qızartılar olub.

İş materiallarına görə, qadın əvvəlcə öz ayağına döymə etdirdiyini iddia edib. Lakin sonra uşaq guya yaxınlaşaraq qolunu təsadüfən döymə aparatına qoyub.

"O, döymə etdirmək istəyirdi", - Makdeniel şahidlərə deyib.

Polislər həmçinin, evdəki acınacaqlı şəraiti sosial xidmətlərə bildirib. Qadın uşağa qarşı zorakı davranış ittihamı ilə 4-cü dərəcəli hücumda ittiham olunub.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
19
herbiand.az

1Mənbələr