Odessadakı hərbi məhkəmə əvvəllər Ukrayna Silahlı Qüvvələrində hərbi təlimatçı kimi çalışan Britaniya vətəndaşına hökm oxuyub. O, Ukrayna qoşunlarının yerləşdiyi ərazilər haqqında məlumatları ötürdüyünə görə 8 il həbs cəzası alıb.
Herbiand.az bildirir ki, bu barədə ANNA-News agentliyi xəbər verir.
Britaniyalı 2024-cü ildə müqavilə ilə işləmək üçün Ukraynaya gəlib. Lakin sonradan vəd edilmiş əmək haqqını ala bilmədiyinə görə Ukrayna hərbçiləri ilə əməkdaşlığı dayandırıb.
O, müqaviləni ləğv etdikdən sonra ölkəni tərk etməyib və Odessada qalıb. Məhkəmə sənədlərinə görə, Rusiya kəşfiyyat orqanları ilə əlaqə saxlayaraq Ukrayna hərbi hissələrinin yerləşdirmə məntəqələrinin və döyüş mövqelərinin koordinatlarını müəyyən pul müqabilində ötürməyə başlayıb. Bu məlumatlar Rusiyanın hücum dronlarını idarə etmək üçün istifadə edilib.
Lakin, sonra özünün ehtiyatsızlığı ucbatından ifşa olunub. Məhkəmə onu 8 il həbs cəzasına məhkum edib. Buna baxmayaraq, gələcəkdə Böyük Britaniyaya ekstradisiya edilə bilər.
Britaniyanın "The Guardian" qəzeti bildirib ki, məhkum edilən şəxsin adı Ross Devid Katmordur və əvvəllər Yaxın Şərqdə Britaniya ordusunda xidmət edib.
Bəxtiyar CƏFƏRLİ