AZ

Ukrayna Shahed dronlarına qarşı lazer sistemi hazırlayıb

Ukraynada Rusiya dronları, xüsusən də Shahed tipli dronlarla mübarizə aparmaq üçün “Trizub” yeni lazer sistemi hazırlanıb.

Herbiand.az xəbər verir ki, bu barədə onu hazırlayan Celebra Tech şirkətinin nümayəndəsi bildirib.

Qeyd edilib ki, lazer sistemi hazırda son sınaqdan keçirilir və ictimai təqdimata hazırlanır.

Şirkətin məlumatına görə, “Trizub” düşmən kəşfiyyat dronlarını 1500 metrə qədər məsafədə vurmaq qabiliyyətinə malikdir. Onun FPV dronlarına qarşı effektiv atəş məsafəsi 800-900 metrdir.

Təkmilləşdirmələr zamanı tərtibatçılar süni intellekt əsaslı hədəf əldə etmə və izləmə, eləcə də düşmən hədəflərinin dəqiq trayektoriyalarını əldə etmək üçün radar inteqrasiyasını həyata keçiriblər. Həmçinin, “Trizub” kritik infrastrukturu və strateji əhəmiyyətli obyektləri qorumaq üçün nəzərdə tutulmuş özəl hava hücumundan müdafiə sistemlərinə inteqrasiya edilə bilər. Bundan əlavə, lazerdən mina təmizləmək üçün də istifadə etmək mümkündür.

Sistemin qoşquya quraşdırılması onun hərəkətliliyini təmin edir və infrastrukturu və ya qoşun mövqelərini qorumaq üçün təhlükəli yerlərə tez bir zamanda yerləşdirilməsinə imkan verir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
12
herbiand.az

1Mənbələr