AZ

MS Yoşko Qvardiolla bağlı yekun qərarını verdi - SON DURUM

"Mançester Siti" rəhbərliyi komandanın müdafiəçisi Yoşko Qvardiol ilə bağlı yekun qərarını verib.

Fanat.Az-ın məlumatına görə, informasiyanı "Sky Sports" yayıb.

Mənbə "Real Madrid"in transfer siyahısında olan Qvardiolun bir müddətdir danışıq apardığı Mançester klubu ilə müqavilə yeniləməyə yaxın olduğunu vurğulayıb.

Xorvatiya millisinin üzvü 2023-cü ildə "Leyptsiq"dən transfer edilib. Həm müdafiənin mərkəzində, həm də sol cinahında oynamağı bacaran Yoşko hazırda yanvarda aldığı aldığı ağır zədəni sağaltmaqla məşğuldur. Cari mövsüm bütün turnirlərdə 23 matça çıxan 24 yaşlı futbolçu 2 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun MS ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Nihat

Seçilən
32
fanat.az

1Mənbələr