AZ

Apreldə süd məhsulları 21%-dən çox bahalaşıb

BAKI, 8 may. TELEQRAF

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Süd Məhsulları Qiymətləri İndeksi apreldə orta hesabla 119,6 bənd təşkil edib. Bu göstərici mart ayı ilə müqayisədə 1,3 bənd və ya 1,1% azalsa da, ötən ilin eyni dövrü ilə müqayisədə 32,1 bənd və ya 21,2% aşağı qalıb.

Teleqraf təşkilata istinadən xəbər verir ki, azalma əsasən kərə yağı və pendir üzrə beynəlxalq qiymətlərin enməsi ilə bağlı olub.

Məlumata görə, kərə yağının qiyməti ardıcıl iki aylıq artımdan sonra enib. Pendir qiymətləri isə azalma trendini davam etdirib.

Yağsız süd tozunun qiyməti artım trendini davam etdirərək 2022-ci ilin oktyabrından bəri ən yüksək səviyyəyə çatıb. Buna Şimali Afrika, Yaxın Şərq və Cənub-Şərqi Asiyadan güclü idxal tələbi təsir edib.

Tam süd tozu üzrə qiyməti isə əsasən dəyişməyib. Okeaniyada ixrac imkanlarının geniş olması və Çin daxil olmaqla əsas bazarlarda tələbin zəif qalması səbəbindən qiymət enib. Avropa İttifaqında qiymətlərin möhkəmlənməsi isə bunu kompensasiya edib.

Seçilən
50
teleqraf.com

1Mənbələr