AZ

Etibar Məmmədovun villasında böyük məbləğdə oğurluq: "Dolabda dollar "paçka"ları vardı”

Bakının Sabunçu rayonunda yeniyetmə oğlan villadan oğurluq edib.

Publika.az Teleqraf-a istinadən xəb ər verir ki, hadisə Bilgəh qəsəbəsi, A.Salahzadə küçəsində baş verib.

Həmin ünvanda yaşayan Etibar Məmmədov və onun oğlu Orxan Məmmədova məxsus üç mərtəbəli evdən 19 min ABŞ dolları (32.300 manat) oğurlanıb.

Məlum olub ki, oğurluğu bağ evində ailəsi ilə birlikdə yaşayan bağban Ramil Əbülhəsənovun oğlu Əli Əbülhəsənli törədib.

İş üzrə Etibar Məmmədovun oğlu Orxan Məmmədov zərərçəkmiş qismində tanınıb. Orxan Məmmədovun iş adamı olduğu deyilir.

Seçilən
26
publika.az

1Mənbələr