AZ

Yeni Dərnəgül dayanacağı şəhər mobilliyi üçün mühüm addımdır” Nəqliyyat eksperti

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Məlum olduğu kimi, bu gün Abşeron dairəvi dəmir yolu xəttinin üzərində yerləşən "Dərnəgül" dayanacağı istifadəyə verilib. Bakı–Xırdalan–Sumqayıt xətti üzərində inşa edilən Dərnəgül dayanacağı sərnişinlərin təhlükəsizliyini və rahatlığını maksimum səviyyədə təmin etmək üçün ən müasir infrastruktur standartlarına və tam inklüzivlik prinsiplərinə uyğun layihələndirilib. Dayanacaq ərazisində 2 turniket binası, o cümlədən 2 gözləmə zalı, 4 platforma və 1 piyada üst keçidi tikilib, abadlıq və yaşıllaşdırma işləri görülüb. Sərnişin axınının operativ idarə olunması məqsədilə Bakı istiqaməti üzrə zalda 11, Sumqayıt istiqaməti üzrə zalda 10 turniket, eləcə də hər zalda 1 ədəd olmaqla, fiziki imkanları məhdud şəxslər və uşaq arabası ilə olan valideynlər üçün xüsusi geniş keçidli turniket quraşdırılıb. Həmçinin layihə çərçivəsində Sumqayıt istiqamətində avtomobil və velosiped parkinqi sahələri yaradılıb. Tam yeni Dərnəgül dayanacağı şəhər mobilliyi üçün mühüm addımdır”.

Bunu 525.az-a açıqlamasında nəqilliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib. Ekspert vurğulayıb ki, bu dayanacaq şimal istiqamətindən gələn sərnişin axınının daha səmərəli paylanmasına, 28 Maya cəmi 11 dəqiqəyə çatmağa və dəmir yolu–metro–avtobus inteqrasiyalı nəqliyyat qovşağının formalaşmasına xidmət edəcək:

«Bununla da Abşeron dairəvi dəmir yolu üzrə stansiya və dayanacaqların sayı 15-ə çatdı”.

Sevinc Qarayeva 

 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
525.az

1Mənbələr