ain.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.
Futzal üzrə birinci liqanın qalibi müəyyənləşdi
Bu gün keçirilən iki oyunla futzal üzrə birinci liqada 2025-2026-cı illər mövsümünə yekun vurulub.
QOL.az xəbər verir ki, əvvəlcə 3-cü yer uğrunda görüş keçirilib.
Ötən mövsümün qalibi “Baku Fire-2” bu dəfə bürünc uğrunda matçda “Xan-Lənkəran”la gücünü sınayıb. Oyun "Xəzər-Lənkəran"ın 6:1 hesablı qələbəsi ilə başa çatıb.
Final qarşılaşmasında isə qızıl medalı ötən il “Baku Fire-2” ilə dueldə əldən verən, əvəzində Azərbaycan kubokunu qazanan PFL və STAR kargo üz-üzə gəlib.
Görüş PFL-in 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. “Xan-Lənkəran”, “STAR kargo” və PFL komandalarına müvafiq olaraq bürünc, gümüş və qızıl medallar və diplomlar, Birinci Liqanın qalibinə çempionluq kuboku təqdim olunub. Mükafatları Azərbaycan Futzal Federasiyasının əməkdaşları - Xosrov Məmmədov və Həsən Əliyev təqdim ediblər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.