AZ

25 illik evlilik bitdi 5.8 milyard dollarlıq sərvətinin yarısını verdi

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Dünya ulduzlarının milyonlar, hətta milyardlarla ölçülən boşanma davaları uzun illərdir ictimaiyyətin diqqət mərkəzindədir. Uzun sürən mübahisələr və hüquqi proseslərdən sonra cütlüklər ayrılır və tərəflərdən biri digərinin sərvətindən ciddi pay əldə edərək yeni həyata başlayır.Demokrat.az xəbər verir ki, bu dəfə də illərdir davam edən və sanki bitmək bilməyən belə bir boşanma prosesi nəticələnib.Dünyanın ən varlı iş adamlarından biri, evli olduğu dövrdə münasibət yaşayıb uşaq sahibi olduğu gənc sevgisi uğruna sərvətinin böyük hissəsini itirmək bahasına azadlığını əldə edib. Hekayənin mərkəzində milyarder iş adamı Con Paulson dayanır.70 yaşlı Paulson bir müddətdir 38 yaşlı Alina de Almeida ilə nişanlıdır. Hətta bu münasibətdən onların bir qız övladı da var.Digər tərəfdən, Paulson uzun illər evli olduğu Cenni Paulson ilə boşanma prosesini davam etdirirdi. O, 2021-ci ildə həyat yoldaşına boşanma iddiası ilə müraciət etmişdi. Lakin illərini bu evliliyə həsr edən Cenni Paulson təklif olunan şərtlərdən razı qalmadığı üçün boşanmağa razılıq vermirdi və prosesi uzadırdı.Nəhayət, Paulson cütlüyü boşanıb. Con Paulsonun keçmiş həyat yoldaşına ödədiyi məbləğin dəqiq miqdarı açıqlanmasa da, tərəflər arasında rəsmi boşanma razılaşmasının imzalandığı bildirilir. Hətta boşanma sazişinin maliyyə detalları nə ictimaiyyətə, nə də ailə üzvlərinə açıqlanıb.Məbləğ rəsmi şəkildə təsdiqlənməsə də, Cenni Paulsonun boşanmağa razı olması ona böyük məbləğdə kompensasiya ödənildiyi ehtimalını gücləndirir. İddialara görə, bu rəqəm Con Paulsonun 5.8 milyard dollarlıq sərvətinin yarısına qədər yüksələ bilər.Bu məlumatlar hələlik təsdiqlənməsə də, boşanmanın maliyyə baxımından son dərəcə böyük miqyasda olduğu bildirilir.Jalə

Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
demokrat.az

1Mənbələr