AZ

Rheinmetall Ukrayna üçün ildə 100.000 uzaqmənzilli artilleriya mərmisi istehsal edəcək

Almaniyanın Rheinmetall müdafiə şirkəti Ukrayna üçün ildə 100.000-ə qədər uzaqmənzilli artilleriya mərmisi istehsal etməyə hazır olduğunu açıqlayıb.

Herbiand.az bildirir ki, bu barədə German Aid to Ukraine resursu şirkətin baş direktoru Armin Papperqerin 2026-cı ilin birinci rübünün yekunları ilə bağlı keçirilən telefon konfransı zamanı verdiyi açıqlamaya istinadən məlumat verib.

Onun sözlərinə görə, Ukrayna əvvəllər ildə 1,2 milyon uzaqmənzilli artilleriya mərmisi istəyib.

Bunlar 60 kilometrə qədər məsafədəki hədəfləri vura bilən 155 mm-lik mərmilərdir. Bu mərmilər düşmən müdafiəsinin dərinliyindəki hədəflərə zərbələr endirmək üçün nəzərdə tutulub.

Məqalədə qeyd olunub ki, Rheinmetall Ukrayna və NATO ölkələrindən artan tələbat fonunda sursat istehsalını genişləndirməyə davam edir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
26
herbiand.az

1Mənbələr