Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.
Azərbaycanda balıq idxalına mərhələli şəkildə vergi tətbiq olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bu gün Bakıda keçirilən "Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların II Beynəlxalq Forumu"nda bildirib.
C. Əliyev qeyd edib ki, əsas hədəf yerli təsərrüfatların istehsal güclərini maksimuma çatdırmaqdır: "Növbəti mərhələdə akvakulturanın inkişafı üçün idxaldakı məhsulların – bu, sırf Azərbaycanda yetişdirilən növlərə aiddir ki, burada Azərbaycanda əsasən çəkikimilər, qızılbalıqkimilərdən forel və nərəkimilər daxildir. Bunların Azərbaycanda akvakultura potensialı yuxarıdır. Sözügedən növlərin ölkəmizə idxalında mərhələli şəkildə vergi tətbiq olunacaq ki, həm ölkədə qeyd olunan akvakultura təsərrüfatları maksimum istehsal güclərinə yaxınlaşsınlar, istehsal həcmlərini artırsınlar, həm də ölkədə ərzaq təhlükəsizliyinin bir hissəsi kimi balıq məhsulları da burda öz töhfəsini versin".
Mərkəz direktorunun sözlərinə görə, Azərbaycan yeni hibrid balıq növləri ilə dünya bazarına çıxış edəcək: "Azərbaycan öz yeni məhsulları ilə, yeni hibrid növləri ilə dünya bazarında artıq yer tutması əsas hədəflərdəndir. Burada yeni nərəkimilərin yeni hibridləri – onların həm məhsuldarlıq göstəriciləri yuxarıdır, həm kürü ölçü göstəriciləri yuxarıdır. Biz ənənəvi növlərlə yanaşı, yeni hibridlərin də qlobal bazara çıxışına öz töhfəmizi verməyə çalışacağıq".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.