AZ

Elvin Camalov bir neçə klubun transfer siyahısında - "Neftçi " ilə müqaviləsi bitir

Bu mövsüm zədə səbəbindən az oyun praktikası qazanan Elvin Camalov klubunu dəyişə bilər. Sportalaz saytının əldə etdiyi məlumata görə, Premyer Liqanın bir neçə klubu onu heyətində görmək istəyir. 

Yuri Vernidubun gəlişindən sonra elə də çox şans qazanmasa da, Camalov meydana çıxdığı matçlarda yaxşı təsir bağışlayıb. Meydanda böyük iş əmsalı yerinə yetirməsi, xüsusən dayaq zonasında oyunu düzgün aparmaq bacarığı ilə seçilən yarımmüdafiəçi məhz bu keyfiyyətlərinə görə digər komandaların məşqçilərinə maraqlı gəlir.

Elvin Camalovun "Neftçi"də qalması da mümkün variantlar arasındadır. Lakin az şans qazanması daha çox gedəcəyi barədə düşünməyə əsas verir. 

Qeyd edək ki, mövsümün sonunda Camalovun "Neftçi" ilə müqaviləsi bitir. 

saytlarin hazirlanmasi

Seçilən
10
3
sportal.az

4Mənbələr