AZ

Ermənistan Rusiya "İskəndər"lərini BU RAKETLƏRLƏ ƏVƏZLƏYİR: DETALLAR

Hazırda Ermənistanın sərəncamında cəmi 4 ədəd "İskəndər" buraxılış qurğusu mövcuddur.

Musavat.com UNİAN-a istinadən xəbər verir ki, Rusiyanın etibarsız tərəfdaş olduğunu nümayiş etdirməsi fonunda, İrəvan artıq bu raket komplekslərinə tam arxayın ola bilmir və alternativ olaraq Hindistanın "Pralay" ballistik raketlərini almağı nəzərdən keçirir.

İlham

"The New Indian Express" nəşrinin məlumatına görə, tərəflər arasında danışıqlar kifayət qədər irəliləmiş mərhələdədir.

Hazırda sistemin satın alınma qiyməti müzakirə olunur.

Nəşr iddia edir ki, Ermənistan bu addımla Azərbaycanın İsrail istehsalı olan "Lora" operativ-taktiki raket komplekslərinə qarşı çəkindirici vasitə əldə etməyə çalışır.

Jurnalistlər qeyd edir ki, söhbət uçuş məsafəsi 290 km-ə qədər olan ixrac variantından gedir. Bu, Rusiyanın tədarük etdiyi "İskəndər-E" komplekslərinin imkanları ilə üst-üstə düşür.

Azərbaycan

"Defense Express" ekspertləri vurğulayırlar ki, müasir döyüş meydanında uzaqmənzilli zərbə vasitələrinin axtarışı məntiqlidir.

Onların fikrincə, Ermənistandakı "İskəndər"lərin sayı azdır və raketlərin tətbiqi ilə bağlı texniki suallar mövcuddur.

Analitiklər hesab edirlər ki, Rusiya öz istehsalı olan ballistik raketlərlə zərbə endirilməsinə məhdudiyyətlər qoymuş ola bilər.

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) uğursuzluğu ilə birlikdə bu amillər "İskəndər"i artıq etibarlı çəkindirmə vasitəsi olmaqdan çıxarır.

Ermənistan artıq Hindistandan yedəkli və özüyeriyən artilleriya, zenit-raket kompleksləri və "Pinaka" yaylım atəşli reaktiv sistemləri alıb. Lakin xatırladılır ki, Hindistan mediası daha əvvəl Hindistan istehsalı olan "Su-30MKI" qırıcılarının satışı barədə məlumat yaysa da, sonradan bu, tərəflər tərəfindən təkzib edilmişdi. Ona görə də ballistik raket müqaviləsinin imzalanıb-imzalanmayacağı hələlik sual altındadır.

India's

Məlumat üçün bildirək ki, "Pralay" bərk yanacaqlı ballistik raketdir, döyüş başlığının çəkisi 350-700 kq, mənzili isə 500 km-ə qədərdir. Raketin 10 metr və daha az dəqiqliklə hədəfi vurduğu iddia edilsə də, ekspertlər buna skeptik yanaşırlar. Hazırda sistem sınaqların final mərhələsindədir, lakin Ermənistanın rəsmi olaraq tamamlanmamış silahları ilk sifariş edən ölkə olması təcrübəsi artıq mövcuddur.

Musavat.com

Seçilən
6
musavat.com

1Mənbələr