22 iyun 2026-cı il tarixində saat 12:00-da “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir.
FED.az biznes və maliyyə xəbərləri portalı banka istinadən xəbər verir ki, Ümumi Yığıncaq Bankın inzibati binası yerləşən Bakı şəhəri, Nəsimi rayonu, C. Məmmədquluzadə küçəsi 85; 192/193 ünvanında keçiriləcəkdir.