AZ

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi məlum olub.

AzNews.az xəbər verir ki, parlamentin mayın 12-də keçiriləcək iclasının gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı.

2. “Quba rayonunun bəzi ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

4. “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

5. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

6. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

7. “Maliyyə icarəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş).

Seçilən
5
49
aznews.az

10Mənbələr