AZ

Liviyanın ikinci ən böyük neft emalı zavodu fəaliyyətini dayandırıb

Liviya paytaxtı Tripolidən 45 kilometr qərbdə yerləşən Zaviyə neft emalı zavodu fəaliyyətini dayandırıb. Neft emalı zavodunun nominal gücü gündə 120.000 bareldir və bu, Ras Lanuf neft emalı zavodundan sonra ölkənin ikinci ən böyük neft emalı zavodudur.

“İki sahil” Reuters-ə istinadla xəbər verir ki, zavodun tam bağlanmasından qısa müddət əvvəl fövqəladə vəziyyət elan edilib.

Neft emalı zavodunun yaxınlığında gərgin döyüşlər davam edir. Liviyanın "Əl Marsad" qəzetinin məlumatına görə, Zaviyə təhlükəsizlik qüvvələri "bölgədəki cinayətkar qruplara" qarşı əməliyyat keçirir.

Zaviyə neft emalı zavodu gündə 300.000 barel tutuma malik Şarara yatağından neft emal edir.

Seçilən
16
ikisahil.az

1Mənbələr