AZ

Lavrov: “Qərb Qələbə Günü şənliklərini pozarsa, mərhəmət olmayacaq”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinə xəbərdarlıq edib ki, əgər onlar Kiyevin əli ilə Qələbə Günü şənliklərini pozarlarsa, mərhəmət olmayacaq.

Herbiand.az xəbər verir ki, Lavrov bunu Xarici İşlər Nazirliyinin binasındakı xatirə lövhələrinə əklil qoyma mərasimində bildirib.

Onun sözlərinə görə, düşmən ruslar üçün müqəddəs olan bayramı korlamağa çalışır: "Bütün səmimiyyətimlə və bütün məsuliyyətimlə demək istəyirəm: Qərbdə dirçələn nasistlər Ukrayna üzərindən indi etdiklərini etsələr, onlara heç bir mərhəmət göstərilməyəcək".

Lavrov qeyd edib ki, Rusiya Ukrayna ərazisindən gələn hər hansı bir təhlükəsizlik təhdidini aradan qaldırmalıdır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
33
herbiand.az

1Mənbələr