AZ

FIFA Hakimlər Komitəsi DÇ-2026 öncəsi hakim siyahısında dəyişiklik edib

FIFA Hakimlər Komitəsi 2026-cı il dünya çempionatı öncəsi hakim siyahısında dəyişiklik edib.

"Report" qurumun mətbuat xidmətinə istinadən xəbər veirr ki, 33 yaşlı fransalı hakim Villli Delajo videohakimlər siyahısına əlavə edilib.

Bu dəyişiklikdən sonra, FIFA-ya üzv 50 assosiasiyanı təmsil edən 52 baş hakim, 88 köməkçi hakim və 31 videohakimin 2026-cı il dünya çempionatının oyunlarını idarə etməsi gözlənilir.

Bildirilib ki, hakimlər mayın sonunda keçiriləcək təlim-məşq toplanışı üçün ABŞ-nin Mayami şəhərinə yollanacaqlar.

Xatırladaq ki, bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Seçilən
9
2
far.az

3Mənbələr