AZ

Tayvanın ən yeni sualtı qayığı ilk dəfə torpedaların sınağını keçirib

Tayvanın ilk yerli istehsal olan SS-711 “Hai Kung” sualtı qayığı ilk torpeda sınaq buraxılışını həyata keçirib.

Herbiand.az bildirir ki, bu barədə adanın donanması üçün sualtı qayıq inşa edən CSBC şirkəti məlumat verib.

Rəsmi məlumata görə, sınaq 6 mayda baş tutub. Sınaq 533 mm-lik torpedo borularından iki Mk48 Mod 6 Advanced Technology ağır çəkili torpedalarının buraxılışını əhatə edib. Sınaq zamanı sualtı qayığın döyüş sisteminin hədəfləri aşkarlamaq və izləmək, atəş hesablamaları yaratmaq və torpedaları istiqamətləndirmək qabiliyyəti sınaqdan keçirilib. Hər iki torpeda təlim mərmiləri olub.

Sualtı qayığın 2026-cı ilin yayında müştəriyə təhvil verilməsi gözlənilir.

533 mm-lik Mk48 Mod6 Advanced Technology torpedaları həm sualtı hədəfləri, həm də böyük suüstü gəmiləri vurmaq qabiliyyətinə malikdir. Gələcəkdə sualtı qayıqların UGM-84L “Harpoon” gəmi əleyhinə raket sistemi ilə təchiz edilməsi planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
5
herbiand.az

1Mənbələr