AZ

Çimərlik güləşçilərimiz Vyetnamda Dünya Seriyasının ilk mərhələsinə qatılacaqlar

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın çimərlik güləşçiləri mayın 9-10-da Vyetnamın Dananq şəhərində böyüklər arasında Dünya Seriyasının ilk mərhələsində iştirak edəcəklər.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bildirilib ki, kişilərin yarışında dörd çəki üzrə 14 ölkədən 40 idmançının iştirakı nəzərdə tutulur.

Baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında Dünya Seriyasında Azərbaycanı Rübail İbrahimli (70 kq), Vüsal Əliyev, Sahib Dadaşov (hər ikisi 80 kq) və Əşrəf Aşırov (90 kq) təmsil edəcək.

Sabah qrup mərhələsinin ilk iki turu baş tutacaq. Növbəti gün isə sonuncu tur, yarımfinal və medal görüşləri keçiriləcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
3
icma.az

4Mənbələr