ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt şəhərində 34 yaşlı kişi azyaşlı qıza qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunub. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 5-də şəhərin 3-cü mikrorayon ərazisində baş verib. 1992-ci il təvəllüdlü Ehtiram həmin gün saat 19 radələrində alkoqol sərxoşluğıı vəziyyətində binanın blokunun girişində özünə qarşı edilən seksual xarakterli hərəkətlərin mahiyyətini anlamaq qabiliyyətinə malik olmayan 2018-ci il təvəllüdlü Sevdanın (adlar şərtidir – red.) köməksiz vəziyyətindən istifadə edib. O, zərərçəkmiş qıza qarşı zor tətbiq etmək hədəsi ilə ilk əvvəl onun sol yanağından öpüb. Daha sonra azyaşlı qızı qucaqlayaraq, əynindəki paltarlarını çıxarıb və ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri edib.Ehtiramın barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Ehtiram törətdiyi əməli etiraf edib və özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, sonuncu dəfə məlum hadisə günü yaşadığı evdən çıxıb və Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən kafelərdən birinə gedib:“Orada təxminən 7-8 bakal spirtli içki olan pivə içkisi qəbul etdim. Daha sonra kafedən çıxaraq şəhərdə piyada gəzməyə başladım. 3-cü mikrorayon ərazisindən keçərkən binanın qarşısında çoxlu sayda uşaqların olduğunu, onların müxtəlif oyunlar oynadığını gördüm. Bir qədər həmin uşaqlara baxdıqdan sonra oradakı uşaqlardan bir qız uşağının zahiri görkəmi xoşuma gəldiyindən onunla ehtiyacımı ödəmək qərarına gəldim. Bu məqsədlə binanın bloklarından birinə keçdim. Daha sonra uşağı olduğum yerə çağırmaq məqsədilə cibimdə olan konfeti çıxardaraq həmin uşağa göstərdim. Uşaq məni gördükdə, ona konfeti verəcəyimi bildirdim, onu yanıma çağırdım. Həmin uşaq bloka daxil oldu və yanıma gəldikdə isə blokun içində kənara çəkdim, qaçmasın deyə bir qədər danışdırdım”. Təqsirləndirilən şəxs deyib ki, daha sonra ehtiyacını ödəmək məqsədi ilə ilk əvvəl onun üzündən öpüb: “Sonra onun əynində olan qısa şalvarını aşağı endirdim. Bundan sonra onu qucaqlalayaraq özümə tərəf çəkdim. Sonra onu əlim ilə sığallamağa başladım. Bu zaman bir nəfər qadın məni görərək qışqırmağa başladı. Bundan sonra tez uşağı buraxdım və oradan uzaqlaşdım”.Ehtiramın ifadəsinə görə, daha sonra Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində gəlib:“Bir qədər piyada gəzişdikdən sonra Sumqayıt şəhəri, 2-ci mikrorayon ərazisində yerləşən “Çənlibel” kafesinə getdim. Orada daha sonra 1-2 saat oturaraq yenidən spirtli içki olan pivə içkisi qəbil etdim. Sonra isə yaşadığım evə qayıtdım. Sonradan izahatımın alınması üçün polis bölməsinə dəvət edilərkən əxlaqsız hərəkətlər etdiyim azyaşlının valideynlərinin barəmdə şikayət etdiyini öyrəndim. Bu hərəkətləri spirtli içkinin təsiri altında etmişəm. Etdiyi əməldən səmimi olaraq peşmanam. Buna görə də veriləcək cəzanı qəbul etməyə hazıram. Zərərçəkmiş şəxsin sifətinin sol yanaq nahiyəsindən öpmüşəm. Onu öpməkdə məqsədim ehtirasımı təmin etmək olub. Zərərçəkmiş şəxsə konfet verən zaman o konfeti istəməyib. Bu zaman əlim ilə ağzını tutmuşam, onu öpən zaman isə heç bir hərəkət etməmişəm. Azyaşlının anası gəlməyəcəyi təqdirdə ehtiyacımı ödəməkdə davam etmək fikrində olmuşam. Anası gəldiyi üçün hərəkətlərimi yarımçıq qoyaraq oradan qaçmışam. Əvvəllər hər hansı azyaşlıya qarşı eyni cür hərəkətlərə yol verməmişəm. Hadisə vaxtı azyaşlı zərərçəkmiş şəxs ilə təbii və ya qeyri təbii yolla cinsi əlaqədə olmamışam. Əxlaqsız hərəkətlər etdiyim azyaşlının əynində ancaq qısa şalvar olduğunu xatırlayıram. Onun əynində digər hansı geyimlərin olmasını hadisə vaxtı sərxoş olduğumdan xatırlamıram. Hadisə vaxtı, yəni azyaşlıya qarşı əxlaqsız hərəkətlərə yol verərkən onu qucaqladığımdan mənə heç bir müqavimət göstərməyib”. Məhkəmə istintaqı zamanı psixoloq və qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilən azyaşlı ifadəsində göstərib: “Təqsirləndirilən şəxs mənə konfet vermək istədi. Mən götürmək istəmədim. Daha sonra götürərək yerə atdım. Bundan sonra o, yerdən götürdü və yenidən mənə vermək istədi. Mən də istəmədiyimi dedim. Daha sonra şortumu aşağı çəkdi. Məndən tutmuşdu, lakin mən onun yanından getdim. Bu olanları anam da gördü”. Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ehtiram 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.